Close

Faciədən əvvəl çəkilmiş 10 foto

Faciə heç gözləmədiyin anda baş verir. Bəzən insanlar bir neçə dəqiqə sonra baş verə biləcəklərdən xəbərsiz dəhşətli fəlakətdən əvvəlki anları fotolarla yaddaşa köçürür. Onların bəziləri məşhurlaşır, bəziləri isə sadəcə pis bir xatirə kimi yaşayanların yaddaşında qalır.

TNS belə fotoşəkillərdən bir neçəsinin kədərli hekayəsini təqdim edir.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-1

1. “FH-227” təyyarəsinin And dağlarında qəzaya uğramasından bir neçə saat əvvəl

1972-ci il oktyabrın 13-də Uruqvayın reqbi üzrə “Qoca xristianlar” komandasının üzvlərini və onların qohumlarını daşıyan təyyarə And dağlarında qəzaya uğrayıb. Təyyarədə olan 47 sərnişindən yalnız 25-i qəzadan sağ çıxıb. Aclıq idmançıları ölən yoldaşlarının donmuş cəsədlərini yeməyə məcbur edib. Cəhənnəm 72 gün davam edib. Çilili çoban sağ qalan 16 nəfərin həyatını xilas edib.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-2-815x1024

2. “Challenger” fəlakətindən əvvəlki son şəkil

Bu, “Challenger” ekipajının son şəklidir. Faciə uçuşdan 73 saniyə sonra baş verib. Bütün ekipaj üzvü ölüb: beş NASA astronavtı, bir mühəndis və bir müəllim.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-3-1024x640

3. Kristofer Makkandlessin son selfisi

1992-ci ilin aprelində amerikalı macəraçı Kristofer Makkendles az ərzaq və avadanlıqla Alyaskanın səhrası ilə səyahətə çıxıb. Gənc dörd ay sonra tərk edilmiş avtobusda yorğunluqdan ölüb. Onun cəsədinin yanında plyonkalı kamera tapılıb. Son fotoda 24 yaşlı amerikalı əlində bir qeydlə dayanıb: "Mən xoşbəxt bir həyat yaşadım və Rəbbə təşəkkür edirəm. Əlvida və Allah hamınızı qorusun!”

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-4

4. “MH17”nin uğursuz uçuşundan əvvəlki son foto

Deyv Halli həyat yoldaşı Kim və dörd yaşlı qızının “Malaysia Airlines Flight 17” (MH17) təyyarəsində xəyal etdikləri tətilə yola düşməzdən əvvəl fotoşəkilini çəkib. Bir müddət sonra Ukraynanın şərqində sərnişin təyyarəsi qəzaya uğrayıb. Bütün sərnişinlər, o cümlədən Halli ailəsi həlak olub.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-5

5. Pavel Kaşinin ölümcül hiyləsi

Məşhur parkur idmançısı Pavel Kaşin 16 mərtəbəli binanın damından geriyə fırlanma hərəkəti həyata keçirib. Hərəkət uğurlu alınsa da, o, damın kənarından tuta bilməyib və yerə yıxılıb. Kamera Pavelin həyatının son saniyələrini çəkib.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-6

6. Avstriyanın böyük hersoqu Frans Ferdinandın öldürülməsindən 5 dəqiqə əvvəl

Şəkil Avstriya hersoqu Frans Ferdinand və həyat yoldaşı Sofinin öldürülməsindən beş dəqiqə əvvəl çəkilib. Bu hadisə sonda Birinci Dünya Müharibəsinə səbəb olan bir sıra hadisələrə səbəb olub.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-7-1024x576

7. Tsareviç Alekseyin öldürülməsindən əvvəlki son fotoşəkili

Bu, 13 yaşlı Aleksey Nikolayeviçin Romanovlar imperiyasının qalan ailəsi ilə birlikdə öldürülməzdən əvvəl çəkilən son fotoşəkildir. Şəkildə Aleksey və bacısı Olqa onları həbs olunduqları Yekaterinburqa aparan "Rus" paroxodunun göyərtəsində görünür.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-8

8. Fotoqraf qatilin ona silah doğrultmasını çəkir

Filippinin Manila şəhərində məclis üzvü Reynaldo Daqsa ailəsinin gözü qarşısında öldürülüb. Faciə kişi yaxınlarının yeni il portretini çəkərkən baş verib. Qızı, arvadı və qayınanası kameraya gülümsəyərkən, qatil Maykl Qonzales onun sinəsini nişan alır.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-9

9. Nikolay Mevolinin şüurlu həyatının son saniyələri

Nikolas Mevoli üzgəcsiz və oksigensiz 72 metr dərinliyə dalaraq dünya rekordu vurmağa cəhd edib. Səthə qayıdaraq hər şeyin qaydasında olduğunu işarələyib, lakin sonra huşunu itirib. Sərbəst dalğıc bir neçə saat sonra ağciyər ödemindən dünyasını dəyişib.

10-fotografy-sdelannyh-za-mgnovenie-do-tragedii-10_1

10. Turistin ölümcül ayı hücumundan əvvəl çəkdiyi son foto

Amerikalı Darş Patel nəhəng qara ayının onu təqib edib parçalamadan bir neçə dəqiqə əvvəl mobil telefonu ilə şəklini çəkib. Nyu-Cersi polisinin məlumatına görə, onların ştatında belə hadisələr son dərəcə nadirdir.