Close

22:41
18 Aprel 2025

"Bir dəfə yaşadı, iki dəfə dəfn olundu" - FOTO

1705-ci ildə İrlandiyada maraqlı hadisə baş verib.

TNS xəbər verir ki, bu barədə dosent Zaur Əliyev paylaşım edib.

O bildirib ki, həmin il Marqori Kall adlı irlandiyalı evdar qadın qızdırmadan ölür və hər hansı xəstəliyin yayılmasının qarşısını almaq üçün onu tələsik dəfn edirlər: "Şişmiş barmağından bahalı üzüyü çıxarmaq mümkün olmadığından, onu elə basdırırlar. Həmin axşam məzar soyğunçuları üzüyü götürmək qəbiristanlığa gəlib, onun məzarını açırlar. Üzüyü çıxarmaq üçün barmağını kəsmək istəyəndə Marqori qəfildən ayılaraq, qışqırır. Soyğunçular qorxularından opradan qaçırlar. Əynindəki kəfənlə məzardan çıxan Marqori evinə gedir.

Qapını açan həyat yoldaşı şok olur: səhər dəfn etdiyi arvadı əynində kəfən və barmağı qanlı şəkildə onun qarşısında ayanıb. Kişinin ürəyi elə oradaca partlayır, onu səhər arvadı üçün qazılan qəbirdə basdırırlar.

Bir müddərt keçir, Marqori yenidən evlənir, uşaqları olur. O, həqiqətən ölən zaman Şimali İrlandiyanın Lurgan şəhərindəki Şenkill qəbiristanlığına dəfn edilir. Məzar daşında "Bir dəfə yaşadı, iki dəfə dəfn olundu", - yazılır.

İrlandiyada belə söz yaranır: "Əziz kişilər, arvad öləndə dəqiqliyinə əmin olun, yoxsa o, dirilib sizi öldürəcək..."