Close

Maraqlı ixtira: yatağını avtomobilə çevirdi - VİDEO

Hindistanda bir kişi çarpayısını avtomobilə çevirməsi ilə sosial şəbəkədə məşhurlaşıb.

TNS xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Qərbi Benqal sakini Navab Şeyx adi çarpayını tam təchiz olunmuş avtomobilə çevirərək insanları təəccübləndirib.

Sosial şəbəkə istifadəçiləri ustanın yaradıcılığına fərqli reaksiya veriblər. Bəziləri bu adamın mühəndislik bacarığına heyran olsa da, belə nəqliyyatdan istifadənin qanuniliyini şübhə altına alanlar da olub.

İxtira ilə polis də maraqlanıb. Camaatın heyranlığına baxmayaraq, magistral yolda yaranan tıxac səbəbindən Şeyx saxlanılıb və onun “yataq maşını” sökülüb. Navabın sözlərinə görə, bu ideyanı həyata keçirmək üçün bir ildən çox vaxt və təxminən 2400 dollar lazım olub.