Close

Avropa İttifaqı ABŞ-yə belə cavab verəcək

ABŞ-nin ticarət tariflərinə cavab olaraq, Avropa Birliyi Avropa Komissiyası (AK) tərəfindən tənzimlənən daxili bazarının birliyini gücləndirəcək.

TNS xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxış edən Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.

Lyayen bildirib ki, Avropa Komissiyası danışıqlar yolu ilə həll üsulu tapmasa, qüvvəyə minəcək sərt əks tədbirlər planı hazırlayıb: "Avropa İttifaqı bu qarşıdurmaya başlamayıb, biz bunu səhv hesab edirik, lakin Aİ-nin vahid bazarını qorumaq üçün bütün imkanları var".