“Ağlayan gəlin”ə zərər verənlərə 11 min cərimə

Türkiyədə “Ağlayan gəlin” kimi tanınan ters çevrilmiş lalələri qoparan və ya zədələyələnlər cərimə olunurlar.
TNS İHA-ya istinadən xəbər verir ki, ömrü 20 gün olan bu endemik güllərin yığılması və ya zədələnməsi halında 244 min 315 lirə (11 min manat) cərimə kəsilir.
Türkiyənin Tunceli, Afşin, Şırnak,Ərzurum, Adıyaman ve Hakkâri bölgələrində dağlıq ərazilərdə bitən lalələrin nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi üçün fermerlər onların toxumlarını səpərək davamlılığını təmin etməyə çalışırlar.
Yazın gəlişi, təbiətin oyanması ilə fermerlər hər il olduğu kimi insanları güllərə zərər verməməklə bağlı çağırış ediblər.
Qarın əriməsi ilə yüksək dağlıq ərazilərdə görünən və qısa müddət ərzində çiçək açan bu xüsusi bitki xalq arasında sevdiyinə qovuşa bilməyən gəlini simvolizə edən “Ağlayan gəlin” və ya “ Kədər çiçəyi” kimi tanınır.