Close

Bir ildə iki dəfə Ramazan ayı olacaq

2030-cu il müsəlmanlar üçün nadir və maraqlı bir il olacaq.

TNS xəbər verir ki, həmin il müsəlmanlar iki dəfə Ramazan ayını qeyd edəcək.

Bu, Hicri və Miladi təqvimi arasındakı fərqliliklərdən irəli gəlir, belə hadisələr nadir hallarda baş verir.

Məlumdur ki, Ramazan İslam dinində ən mühüm aylardan biridir. Bu ayda müsəlmanlar oruc tutaraq Allaha yaxınlaşmağa çalışırlar. Ramazan ayı Hicri təqvimi ilə hər il təxminən 10-12 gün əvvəl başlayır. Hicri təqvimi ay dövrlərinə əsaslandığı üçün Miladi təqvimi ilə Hicri təqvimi arasında müəyyən fərqlər yaranır. Bu fərq nəticəsində bəzi illərdə Ramazan ayı 2 dəfə qeyd edilir.

2030-cu ildə Ramazan ayı iki dəfə - yanvarın əvvəlində və dekabrın sonunda olacaq.

İlk Ramazan ayı yanvarın 5-də başlayacaq və fevralın 3-də sona çatacaq. Bu, Miladi təqvimi ilə 2030-cu ilin ilk Ramazanıdır.

Hicri təqvimi ilə 1452-ci ilin Ramazan ayı dekabrın 26-da başlayacaq, növbəti il yanvarın 24-də bitəcək. Bu dövrdə müsəlmanlar təqribən altı gün oruc tutacaqlar.

1965, 1997-ci illərdə də müsəlmanlar 2 dəfə oruc tutublar. Yəni, təxminən hər 32 ildən bir bu hal təkrarlanır.

Zarufa