Close

03:04
13 Mart 2025

4 yaşlı uşaq dondurmasını yediyi üçün anasını polisə şikayət etdi

Viskonsin ştatından olan 4 yaşlı uşaq anasını polsiə şikayət edib.

TNS xarici mediaya istinadən xəbər verir ki, uşaq 911-ə zəng edərək anasının onun dondurmasını yediyini və buna görə də həbs edilməli olduğunu deyib.

Polis məmurları ilə danışan oğlan nəhayət anasını cəzalandırmaq fikrindən daşınıb və sadəcə dondurma istədiyini söyləyib.

Ertəsi gün polislər evə gələrək uşağa dondurma hədiyyə ediblər.