Marsda sirli əşya aşkarlandı - FOTO

Ötən il NASA alimləri Marsın səthində qeyri-adi bir obyekt aşkar ediblər.
TNS ABŞ mətbuatına istinadən xəbər verir ki, “qırmızı” planetin səthini araşdıran "Perseverance" roveri qəribə, metalabənzər bir əşya tapıb. Əvvəlcə alimlər bunun roverin öz detallarından biri ola biləcəyini düşünüblər, lakin obyektin tərkibi analiz edildikdə onun Marsın təbii materiallarından fərqləndiyi məlum olub.
Bəzi nəzəriyyələrə görə, bu obyekt qədim Mars sivilizasiyasına aid ola bilər. Digərləri isə bunun kosmosdan düşən yadplanetli bir aparatın qalıqları olduğunu iddia edirlər. Bu kəşf elmi dünyada böyük maraq doğurub.
Marsda həqiqətən qədim sivilizasiya izləri ola bilərmi?
Bu kəşf ötən il qeydə alınsa da, tədqiqatçılar məsələni araşdırmaqda davam edirlər. Onlar yox olan bəzi sivilizasiyaların planetdə gizli qaldığını düşünürlər. Bu cür kəşflər Marsın geoloji tarixini daha dərindən anlamağa və orada həyatın mövcud olub-olmaması sualına cavab tapmağa kömək edir.
Zarufa