Kişilər pul xərclədiyi qadınları nə üçün daha çox sevir?

Psixologlar kişilərin pul xərclədiyi qadınları sevdiyini iddia edir. Buna “Benjamin Franklin effekt”i deyirlər.
TNS xatırladır ki, “Benjamin Franklin effekti” insanın birinə kömək etdikdən sonra ona qarşı daha çox simpatiya hiss etməsi ilə bağlı psixoloji fenomendir. Bu effektin əsas məğzi budur: bir insana kömək etdikdə beynimiz bu hərəkəti haqlı çıxarmaq üçün həmin şəxsə daha müsbət münasibət bəsləməyə başlayır.
Bu anlayış adını ABŞ-nin qurucularından olan Bencamin Franklindən alıb. O, bir rəqibini özünə dost etmək üçün ağıllı yola əl atıb. Franklin bu adamdan nadir bir kitabı oxumaq üçün alıb. Kitabı qaytardıqdan sonra həmin şəxs ona daha mehriban davranmağa başlayır. Franklin bu barədə yazıb: "Bir dəfə sizə yaxşılıq etmiş biri pislik etmiş insandan daha çox kömək etməyə meylli olacaq".
O, bu effektin təkcə dostluq və iş dünyasında deyil, sevgi və romantik münasibətlərdə də təsirli ola biləcəyini qeyd edib: “Bu fenomenin sevgi ilə əlaqəsi insan psixologiyasının dərinliklərində gizlənir: kiməsə kömək və ya onun üçün fədakarlıq etdikdə həmin şəxsə qarşı daha çox bağlılıq və sevgi hiss edirik”.
Psixoloqların fikrincə, xırda xahişlər bağlılığı gücləndirir. Münasibət qurmaq istədiyiniz insandan kiçik bir şey etməsini xahiş edin. Məsələn, sizə kitab tövsiyə etməsini, köməkçi bir iş görməsini və ya sadəcə bir sualınızı cavablandırmasını istəyin. O, kömək etdikcə beynində sizi daha dəyərli biri kimi qəbul edəcək.
Bildirilir ki, fədakarlıq hissləri dərinləşdirir. Sizin üçün fədakarlıq edən şəxs üçün vacib insana çevrilirsiniz. Çünki beynimiz etdiyi fədakarlığı əsaslandırmağa çalışır və nəticədə sevgini dərinləşdirir.
Eyni prinsip əks istiqamətdə də işləyir. Əgər bir insan bizə qarşı pis davranıbsa, beynimiz bu hərəkəti haqlı çıxarmağa çalışır və həmin insanı daha da mənfi qəbul edir. Yəni, kiməsə mehribanlıq etmək və onun sizə qarşı fədakarlıq etməsinə imkan yaratmaq münasibətləri gücləndirir, əksinə, pis rəftar sevgini zəiflədir.
Zarufa