Şahzadə Diana kral ailəsini niyə yadplanetli adlandırmışdı? – Sirlərlə dolu iddia

Şahzadə Diana Britaniya kral ailəsi ilə bağlı bir çox sirli açıqlamaları ilə tanınırdı. Onun 1990-cı illərdə yaxınlarına dedikləri isə xüsusilə diqqətçəkəndir. Şahzadə kral ailəsinin tamamilə insan olmadığını, onların "yadplanetli" və ya "sürünən varlıqlara" bənzədiyini söyləmişdi. Diana bu qənaətə necə gəlmişdi?
TNS xatırladır ki, məşhur jurnalistlər və Dianaya yaxın şəxslər onun kral ailəsinin bəzi üzvlərinin qəribə davranışlarına şahid olduğunu bildiriblər. O, bəzi məqamları qeyri-adi hesab edib:
Göz rənglərinin dəyişməsi – Diana bəzi ailə üzvlərinin gözlərinin fərqli rənglərə çevrildiyini və sanki "soyuq, qeyri-insani" baxışlarının olduğunu söyləmişdi.
Bədən istiliyi və enerjisi – Onun sözlərinə görə, kral ailəsinin bəzi üzvlərinin bədən istiliyi çox fərqli idi və onlar qeyri-adi enerji yayırdılar.
Emosiyasızlıq – Diana bəzi yüksək rütbəli ailə üzvlərinin duyğusuz, robot kimi davrandığını düşünürdü.
Diananın bu fikirləri konspirasiya nəzəriyyəçiləri tərəfindən tez bir zamanda fərqli yozumlarla gündəmə gətirilirdi. Bəzi nəzəriyyəçilər iddia edirdilər ki, kral ailəsinin əsrlər boyu sirli güclərə sahib olması onların "yadplanetli" və ya başqa bir irqlə əlaqəli olduğunu sübut edə bilər.
Şahzadə Diana həyatının son illərində qorxduğunu açıq şəkildə ifadə edirdi. O, yaxınlarına və bəzən mediaya "məni aradan götürmək istəyirlər", - demişdi. Hətta avtomobil qəzasından öncə də təhlükə hiss etdiyini bildirmişdi.
Diananın kral ailəsi ilə bağlı "yadplanetli" iddiası illərdir, müzakirə edilir. Onun müşahidələri həqiqətə əsaslanırdımı, yoxsa sadəcə kral ailəsinin qeyri-adi həyat tərzinə və soyuqluğuna bir metafora idi? Bu, sual hələ də sirr olaraq qalır.
Zarufa