Zibillikdəki “Porsche”- Bəyənilməyən hədiyyə
119
13:18 - 26 Fevral 2025

Moskva vilayətinin Mıtışi şəhərində bir kişi “Porsche Macan” krossoverini zibil qabına atıb.
TNS xəbər verir ki, bu barədə “Baza” "Telegram" kanalı məlumat yayıb.
Avtomobil kişinin həyat yoldaşına 14 fevral hədiyyəsi olub.
Qadın hədiyyəni bəyənməyib və ondan imtina edib. Kişi daha sonra maşını zibil qutusuna yükləyib.
Avtomobil artıq 12 gündür ki, zibillikdədir və yerli sakinlər onunla şəkil çəkdirirlər.