Qədim Misirin naməlum texnologiyaları: müəmmalı sirlər açılır

Qədim Misir sivilizasiyası min illər əvvəl mövcud olsa da, onların mühəndislik və texnologiya sahəsində əldə etdikləri nailiyyətlər hələ də alimləri və tarixçiləri heyrətləndirir. Fironların dövründə inşa edilən nəhəng piramidalar, mürəkkəb su sistemləri və naməlum texnologiyalar bu qədim xalqın inkişaf səviyyəsi haqqında çoxlu suallar doğurur.
TNS xəbər verir ki, qədim Misirin ən böyük möcüzələrindən biri Böyük Giza Piramidasıdır.
Ümumi çəkisi 6 milyon ton olan, 2,3 milyon daş blokdan ibarət bu nəhəng quruluşun necə inşa edildiyi ilə bağlı hələ də tam izah yoxdur. Hər biri orta hesabla 2,5 ton ağırlığında olan bu daşların dəqiq bir şəkildə necə yerləşdirildiyi müasir texnologiya olmadan mümkün görünmür.
Bəzi nəzəriyyələrə görə, misirlilər daşları su və xüsusi bir sürtgü vasitəsilə daşımış ola bilərlər. Digər fərziyyələr isə onların levitasiya və ya bilinməyən antik texnologiyalarla hərəkət etdirildiyini iddia edir.
Dendera məbədində tapılan freskalarda uzun şüşəyə bənzər qurğular təsvir olunub. Bəzi tədqiqatçılar bunun qədim misirlilərin elektrik lampası ola biləcəyi ehtimalını irəli sürürlər. Məşhur "Bağdad batareyası" adlı arxeoloji tapıntı sübut edir ki, qədim xalqlar elektrikdən xəbərdar olublar.
Əgər misirlilər həqiqətən də elektrik enerjisini istifadə edirdilərsə, deməli, onlar dövrlərini çox qabaqlayan bir texnologiyaya malik idilər.
Qədim Misirin tibbi bilikləri də heyrətləndiricidir. Mumiya üzərində aparılan araşdırmalar göstərir ki, onlar beyin cərrahiyyəsi və protez əməliyyatları həyata keçirə biliblər. Misirlilərin istifadə etdiyi tibbi alətlər müasir cərrahiyyə alətlərinə çox bənzəyir.
Papiruslarda yazılan qeydlər isə onların müxtəlif dərmanlardan və bitkilərdən necə istifadə etdiyini ortaya qoyur.
Bəzi nəzəriyyələrə görə, misirlilər səs dalğaları və rezonans texnologiyasından istifadə edərək daşları hərəkət etdirə bilirdilər. Bu ideyanı dəstəkləyən alimlər qədim məbədlərdə və piramidalarda xüsusi akustik strukturların olduğunu bildirirlər.
Bunun real olub-olmadığını sübut etmək çətindir, lakin qədim Misirin naməlum texnologiyaları bu gün də araşdırılmağa davam edir.
Qədim Misirin texnologiyası sadəcə o dövr üçün deyil, hətta müasir insan üçün belə təəccüblüdür. Onların necə bu qədər inkişaf etdikləri, hansı texnologiyalardan istifadə etdikləri və bəzi sirlərin niyə itib-batdığı hələ də qaranlıq olaraq qalır. Gələcək arxeoloji tapıntılar bu qədim sivilizasiyanın daha hansı sirrləri gizlətdiyini üzə çıxara bilər.
Zarufa