Atlantida: Platonun təsəvvürü, yoxsa itmiş qitə?

Əsrlərdir, Atlantida sirlərlə dolu bir mövzu kimi qalmaqda davam edir.
Platonun dialoqlarında qeyd etdiyi bu itmiş sivilizasiya bəziləri üçün sadəcə mif, digərləri üçünsə gerçək, amma yox olmuş bir qitədir. Atlantida həqiqətdə vardımı? Yoxsa bu, Platonun uydurduğu ideal dövlət konsepsiyası idi?
TNS bununla bağlı müxtəlif mənbələrdə yer alan məlumatlar əsasında hazırladığı materialı təqdim edir:
Atlantida haqqındakı ilk mənbə Platonun "Timaeus" və "Critias" dialoqlarıdır. Platon Atlantidanın Qərib dənizində (Atlantik okeanında-red.) yerləşdiriyini deyir, ərazisinin Misir, Fransa və İtaliyadan daha böyük bir ada olduğunu bildirirdi. O, Atlantidanı heç vaxt məğlub edilməyən, zamanla nüfuzunu itirərək, tanrıların qəzəbinə uğrayan dövlət kimi təsvir edirdi. Atlantidanın guya bir gecədə sulara qərq olduğu vurğulanırdı.
Tədqiqatçılar və tarixçilər Platonun Atlantidasının gerçək olub-olmadığını araşdırır, onun dünyanın hansı regionunda ola biləcəyi barədə fərziyyələr irəli sürülər:
Santorini Adası (Yunanıstan) – Bəzi tarixçilər Atlantidanın eramızdan əvvəl 1600-cü illərdə vəba nəticəsində Minoy sivilizasiyasının məhv olması ilə əlaqəli ola biləcəyini düşünür. Santorini vulkanının püskürməsi də Minoy sivilizasiyasının dağılmasına səbəb olub.
Atlantik okeanı (Bermud üçbucağı) – Bəzi təxminlərə görə, Atlantida Bermud üçbucağı ətrafında batmış ola bilər. Ancaq bu nəzəriyyəni dəstəkləyən ciddi elmi sübut yoxdur.
Antarktida – Bəzi nəzəriyyəçilər Atlantidanın buzlaqlar altında gizləndiyini iddia edir. Bu nəzəriyyəyə görə, Yerin ox dəyişikliyi nəticəsində qitə buzlaqlarla örtülmüş ola bilər.
Karib dənizi – Kuba sahillərində dərin sularda tapılan möhtəşəm daş strukturları bəzilərinin Atlantida şəhəri olduğunu düşünməsinə səbəb olub.
Tarixçilərin çoxu hesab edir ki, Platon Atlantidanı real bir yer kimi deyil, ideal dövlət modelinin rəmzı kimi yaradıb.
Lakin daha sonra bəzi tarixçilər və tədqiqatçılar tərəfindən ciddi şəkildə araşdırılıb. 19-cu əsrdə Ignatius Donnelly "Atlantida: Antediluvian World" kitabında Atlantidanın itmiş bir qitə olduğunu iddia etdi və bu konsepsiya populyarılıq qazandı.
Atlantida mifdir, yoxsa gerçəklik? Bu sual hələ də tam cavabını tapmayıb. Elmi cəhətdən onun mövcudluğuna dair konkret dəlillər tapılmasa da, sənət aləminin, tarixçilərin və konspirasiya nəzəriyyəçilərinin marağını cəlb etməkdə davam edir. Ola bilsin ki, Atlantida tarix boyu yoxa çıxan sivilizasiyaların rəmzidir. Yaxud bir gün, dərinliklər araşdırıldıqca, onun qalıntısı ortaya çıxacaq...
Zarufa