Close

Maraqlı həftəsonu üçün görəcəyiniz 3 iş

Bir çox insan həftə ərzində gərgin iş rejimində çalışdıqları üçün həftəsonunu yataraq başa vururlar. Lakin, uğurlu insanlar belə etmirlər.

TNS sizə 3 maraqlı fikir təqdim edir:

1. Kitab oxuyun, yeni filmlərə baxın

260936

Kitablarla siz mürəkkəb məsələləri həll edə, daha bilikli insan ola və ya qəhrəmanların sərgüzəştlərinə qərq olaraq yeni dünyalar kəşf edə bilərsiniz. Yəqin ki, hər birimizin çoxdan izləmək istədiyimiz, lakin buna vaxt tapmadığı filmlərin siyahısı var. Əhval-ruhiyyənizə uyğun variantı seçərək təkbaşına və ya dostlarınızla ona baxıb həzz ala bilərsiniz. 

 2. Sosial fəaliyyətlərlə məşğul olun

sinema-seyircisi

İnsan sosial varlıqdır. Bir insanın uğurlu olmasının vacib şərtlərindən biri də onun sosial həyatının olmasıdır. Uğurlu insanlar həftə sonu və ya tətil günlərində ailələri və dostları ilə birlikdə konfranslara qatılır, kinoteatra və ya konsertə gedirlər. Bu sosial fəaliyyətlər yeni insanlarla tanış olmaq, yeni əlaqələr qurmaq üçün olduqca əhəmiyyətlidir.

3. Yaradıcı fəaliyyətlərə vaxt ayırın

resim-yapmak

Yaradıcı fəaliyyətlərlə məşğul olmaq uğurlu və məhsuldar bir həyatın açarıdır. Uğurlu insanların demək olar ki, hamısı yaradıcı fəaliyyətlər üçün özlərinə xüsusi vaxt ayırırlar.

Dünyanın ən məşhur sahibkarlarından biri olan Warren Buffet gitara çalıb mahnı oxumağı çox sevir. Siz də zövqünüzə və hobbilərinə uyğun fəaliyyət növləri tapa bilərsiniz.