90 canlı evtanaziya olunacaq
15
11:37 - 20 Fevral 2025

Avstraliyanın Tasmaniya əyalətinin şimal-qərbindəki bir çimərlikdə sahilə çıxmış 157 qatil balina evtanaziya olunacaq.
TNS xəbər verir ki, bu barədə ölkənin Təbii Sərvətlər və Ətraf Mühit Agentliyi məlumat yayıb.
Səlahiyyətlilər 24-48 saat əvvəl sahilə çıxan balinaların xilas edilməsi üçün işlərə başlanıldığını, lakin bunun üçün uyğun şəraitin olmadığını bildirib. Balinaların sahilə çıxdığı çimərliyə böyük avtomobillər və avadanlıqlar girə bilmədiyindən canlıların əziyyət çəkməməsi üçün sağ qalanlar evtanaziya ediləcəklər.
157 balinadan 90-nının sağ olduğu təxmin edilir.