Close

14:23
22 Fevral 2025

Balina gənci qayıqla birgə uddu, sonra tüpürdü - VİDEO

Çilidə qayıqla səyahət edən ata və oğul qorxulu anlar yaşayıb. Donqar balina qəfildən üzə çıxıb və gənci qayığı ilə birlikdə udub.

TNS xarici mediaya istinadən xəbər verir ki, bir neçə saniyə suyun altında qaldıqdan sonra balina yenidən səthə çıxıb və gənci çölə tüpürüb.

Gənc qorxulu anları belə izah edib: "Arxamdan mənə nəyinsə toxunduğunu hiss etdim. Dalğa olduğunu düşündüm, amma çox güclü idi. Dönəndə üzümə ətli bir şeyin dəydiyini hiss etdim".