Məşhur müğənni: “Dünyanı yadplanetlilər idarə edir”

Türkiyəli müğənni Yusuf Güney qonaq olduğu bir televiziya proqramında diqqətçəkən açıqlamalar verib.
2025-ci ildə dünyada böyük yadplanetli istilası olacağını iddia edən Güney "Döyüş təyyarələri havaya qalxacaq, çox qısa müddətdə hər şey aydınlaşacaq", - deyə bildirib.
Güney açıqlamalarında daha da irəli gedərək, dünyanı yadplanetlilərin idarə etdiyini deyib.
Müğənni Şimal qütbünün o tayından gələn varlıqların özünü üzə çıxaracağını və bəşəriyyətin böyük bir həqiqətlə qarşılaşacağını da bildirib.
ABŞ-də baş verən böyük yanğınlara diqqət çəkən müğənni bu hadisələrin yad varlıqlarla bağlı ola biləcəyinə eyham vurub.
Güneyin iddiaları ictimaiyyətdə böyük əks-səda doğursa da, elm dünyasından hələlik rəsmi açıqlama yoxdur.
Zarufa