Close

15:40
07 Fevral 2025
15:26
07 Fevral 2025

Bakının məşhur restoranlarında xaş setləri - ÜNVANLAR, QİYMƏTLƏR

Xaş fəslidir, havalar soyuyub. Bütün qış qayğıları ilə yanaşı, bu o deməkdir ki, indi xaş mövsümü başlayıb. Xaş - Azərbaycan mətbəxinin qədimdən qalma ən maraqlı xörəklərindən biridir.

Xüsusilə qış aylarında daha çox istehlak edilən bu yeməyin hazırlanması ayrıca ritualdır: ənənəvi olaraq xaşın hazırlanması axşamdan başlanır və səhər tezdən yeyilir. Olduqca böyük kalorili xörək olduğuna görə, xaşı daha çox səhər tezdən yemək tövsiyə olunur. Xaş ənənəvi olaraq isti halda sirkə, sarımsaq, nar dənəsi və suxari ilə birlikdə servis edilir.

Ümumxalq yeməyi olsa da, xaş artıq çoxdan kollektiv səhər yeməklərinin predmetinə çevrilib. Azərbaycanın olduqca çevik restoran biznesi xaş mərasimini maksimum təkmilləşdirib və qış aylarında bu yemək müştərilərin maraq göstərdiyi əsas istiqamətlərdəndir.

TNS FED.az-a istinadla xəbər verir ki, şəhərin fərqli restoranları bu yeməyi müştərilərin zövqünə uyğun olaraq fərqli təqdimatlarla süfrəyə gətirirlər. Azərbaycanda məşhur restoranlarda xaş setlərinin qiymətləri 10 AZN-dən başlayaraq 40 AZN-ə qədər dəyişir. Bu qiymət fərqliliyi təqdim olunan məhsulların çeşidinə və restoranın xidmət səviyyəsinə görə dəyişir.

Ənənəvi xaş süfrəsi ağır iş iş həftəsindən sonra dincəlmək istəyən korporativ sektor təmsilçilərinin də sevimli görüş yeridir. FED.az paytaxğın bəzi tanınmış restoranında xaş seti və qiymətlərini təqdim edir:

1. Rahat Məkan Novxanı

Novxanı, Oscar Petrolla üzbəüz

2 nəfərlik set: 20 AZN (2 pors xaş, turşu assorti, nar dənələnmiş, suxari, Düşes)
4 nəfərlik set: 40 AZN (4 pors xaş, 2 turşu assorti, 2 nar dənələnmiş, 2 suxari, Düşes və tərxun)
 

2. Hanzade Restaurant

Nəsimi rayonu, Səməd Vurğun 122

Xaş seti: 12 AZN (Xaş, qarışıq turşu, sirkə, sarımsaq, suxari, təbii nar suyu)
 

3. Quzu Təndir & Kabab

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə 2 (ARB kanalının yanı)

Xaş seti (2 nəfərlik): 25 AZN (2 pors xaş, turşu assorti, nar suyu, nar dənələnmiş, sirkə, sarımsaq, suxari və təndir çörəyi)
 

4. Qala Divarı

İçərişəhər, Kiçik Qala, 124.

2 nəfərlik xaş seti: 33 AZN (2 pors xaş, 2 stekan nar şirəsi, sirkə, sarımsaq, suxari və nar dənəsi)
 

5. The Crown Restaurant

Xaqani küçəsi 14, 16

Xaş seti: 39.90 AZN (4 pors xaş, qarışıq turşular, sirkə, sarımsaq, kənd qatığı, suxari, dənələnmiş nar, nar şirəsi 1 litr və təndir çörəyi)
 

6. Buta Restaurant Est

Dilarə Əliyeva küçəsi 216

Xaş seti: 10 AZN (Xaş, turşu, nar, sirkə, sarımsaq, suxari)
 

7. The One Restaurant

Cəlil Məmmədquluzadə küçəsi, 206

2 nəfərlik xaş seti: 30 AZN (2 pors xaş, nar şirəsi, sirkə, sarımsaq, qarışıq turşular, suxari və nar dənəsi)
 

8. Düşbərə Restaurant

Xaqani küçəsi 4. Rus Dram Teatrı ilə üz-üzə. Malakan bağının yanı

2 nəfərlik xaş seti: 25 AZN (2 pors xaş, nar suyu, nar dənəsi, sirkə, sarımsaq, turşu assorti, suxari və təndir çörəyi)
 

9. Zil Restoranı

Q.Qarayev mst., Tofiq Abbasov 132

2 nəfərlik xaş seti: 26.40 AZN (2 pors xaş, nar şirəsi, sirkə, sarımsaq, kələm turşusu, suxari və nar dənəsi)

10. Qazmaq Baku

Kiçik Qala 124 (İçərişəhər)

Xaş seti: 20 AZN (1 pors xaş, nar suyu, sirkə, sarımsaq və suxari)
 

11. Anadolu

5 Alexander Pushkin, Baku 1010

Xaş seti: 13,80 AZN (Xaş, sirkə-sarımsaq, suxari, xolodes, assorti turşu, nar)
 

12. Shah Restaurant & Gallery

Nacafqulu Rafiyev 25A, Baku, Azerbaijan

Xaş seti: 15,00 AZN (Xaş, təzə sıxılmış nar şirəsi, turşu, sirkə, sarımsaq, suxari