İnsult keçirdi, sağaldığında bilmədiyi bir dildə danışmağa başladı
58 yaşlı britaniyalı qadın Altiya Brayden insult keçirdikdən sonra italyan ləhcəsilə ingilis dilində və italyanca danışmağa başlayıb.
TNS xarici mediaya istinadən xəbər verir ki, ingilis qadının daha əvvəl İtaliyaya getmədiyi öyrənilib.
Doqquz gün xəstəxanada müalicə alan qadın, daha sonra şahdamarının çıxarılması üçün əməliyyat olunub. 3 ay danışa bilməyən Brayden oyandıqdan sonra italyanca sözlər deməyə başlayıb.
Hadisəyə səbəb olan vəziyyətin insultdan sonra insanların nitqinin yad ləhcə ilə eşidilməsinə səbəb olan nadir bir "yad ləhcə sindromu" olduğu öyrənilib.
İnsult keçirdikdən sonra üç ayını bir daha danışmayacağını düşünən qadın hadisədən sonra hisslərini belə ifadə edib: “Bu yad ləhcə ilə özümü qəribə hiss edirəm. Düşünəndə belə ləhcəmi beynimdə eşidirəm”.