Close

10:31
21 Dekabr 2024
10:23
21 Dekabr 2024

Mütaliə beynin strukturunu belə dəyişdirir

Oxumaq beynin iki sahəsinin – ön temporal lobun və beyin qabığının eşitmə qavrayış mərkəzi olan Heşl qırışlarının fəaliyyətinə müsbət təsir göstərir.

TNS xəbər verir ki, bu barədə Lund Universitetinin Dillər və Ədəbiyyat Mərkəzinin alimlərinin araşdırma nəticələri NeuroImage jurnalında dərc olunub.

Alimlər bu qənaətə minlərlə könüllünün beyninin skan edilməsi nəticəsində gəliblər. Araşdırma, beynin sol yarımkürəsinin iki bölgəsində dilin işlənməsində əsas rol oynayan mühüm fərqləri ortaya çıxarıb. Bu sahələrdən biri mənaların assosiasiyası və təsnifatından məsul olan anterior temporal lobdur. Oxumağa üstünlük verən insanlarda beynin bu sahəsi daha həcmli olub. Bu artım sözləri daha yaxşı başa düşməyə kömək edir.

İkinci sahə eşitmə qavrayışı və "fonoloji şüur" - danışıq dilində səsləri eşitmək və şifahi manipulyasiya etmək qabiliyyəti ilə məşğul olan Heşl qırışlarıdır. Bu sahə həm də hərfləri və səsləri düzgün əlaqələndirməyə kömək edir ki, bu da diqqətlə oxumaq üçün vacibdir.

Tədqiqat nəticəsində məlum olub ki, çox oxuyan insanların eşitmə qabığında sinir lifləri boyunca məlumatın ötürülməsini sürətləndirən daha çox mielin var.