Close

18:50
02 Dekabr 2024
18:20
02 Dekabr 2024
17:57
02 Dekabr 2024

2024-cü ilin SÖZÜ

“Oxford” İngilis dili lüğəti “brainrot” (hərfi tərcüməsi –beyin çürüməsi) ismini 2024-cü ilin sözü adlandırıb.

TNS xəbər verir ki, bu barədə “Oxford University Press”in mətbuat xidməti məlumat yayıb.

Lüğətdə “brainrot” belə tərif edilir: çox vaxt mənasız və ya primitiv sayılan materialın (xüsusilə də onlayn məzmunun) həddindən artıq istehlakı nəticəsində insanların psixi və ya intellektual vəziyyətinin pisləşməsi. Bildirilir ki, son bir ildə bu söz lüğətdə əvvəlkindən 230% çox axtarılıb.

Naşir qeyd edib ki, “brainrot” sözünün ilk istifadəsi 1854-cü ildə Amerika yazıçısı Henri Devid Toronun (1817-1862) “Walden or, Life in the Woods” kitabında istifadə olunub. Son aylarda sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb, blogger və jurnalistlərin adi leksikonuna daxil olub.

İlin sözü “Oxford University Press” mütəxəssisləri tərəfindən nəşriyyatın saytında onlayn səsvermənin nəticələri nəzərə alınaraq seçilib.

Seçmək üçün cəmi altı söz olub:

“brainrot”- beyin çürüməsi;

“demure”-  təmkinli sözünün sinonimi;

“slop” – düşmə, eniş- süni intellekt tərəfindən yaradılan aşağı keyfiyyətli onlayn məzmuna aid söz;

 “lore”- bilik, irfan;

“romantasy”- romantik fantaziya;

“dynamic pricing”- dinamik qiymət.