Close

“Temu”ya rəqib olacaq yeni platforma

“Amazon” yeni mağazası olan “Amazon Haul”u təqdim etməklə e-ticarət dünyasında yeni rəqabət dalğasına start verib.

TNS CNBC-yə istinadən xəbər verir ki, “Haul” “Temu”ya birbaşa rəqib olmağı hədəfləyir.

“Temu”nun 2022-ci ildə ABŞ bazarına girdikdən sonra əldə etdiyi qrafik “Amazon”un aşağı qiymət strategiyasına dönüşündə təsirli olub. Çərşənbə günü təqdim edilən “Amazon Haul” 20 dollardan aşağı olan müxtəlif kateqoriyalarda geniş çeşiddə məhsullar təklif edən bir mağaza kimi hazırlanıb. “Amazon Prime”dan fərqli olaraq, mağazanın çatdırılma müddəti daha uzundur.

CNBC-nin məlumatına görə, yeni platforma Çində yerləşən məşhur “Temu”, “TikTok Shop” və “Shein” e-ticarət platforması kimi aşağı qiymət strategiyası ilə seçilən rəqiblərə güclü cavabdır.

maxresdefault