Close

Almazdan 10 min dəfə qiymətli daş- Yalnız Türkiyədə var - FOTO

Dünyanın ən qiymətli daşlarından biri olan və rəng dəyişdirmə qabiliyyəti ilə tanınan sultanit və ya diaspor daşı yalnız Türkiyədə hasil edilir.

TNS xəbər verir ki, sultanit (diaspor) daşı almazdan 10 min dəfə qiymətlidir.

Türkiyənin sadəcə Muğla bölgəsində rast gəlinir. İşığa görə rəng dəyişdirir. Gün işığında yaşıllaşan diaspor daşı şam işığında çəhrayı olur.

Mineral olduqca gənc bir daş hesab olunur. Onun tarixi min illərə uzanmır. Daş haqqında ilk qeydlərə Şərq müdriklərinin qədim salnamələrində rast gəlinir.

Yazılı mənbələr bu daşdan hazırlanmış zinət əşyalarını daşımaq şərəfinə yalnız sultanlar və onların yaxın ətraflarının layiq olduğunu söyləyirlər.

Zultanite_rough_crystal_and_gemstones

elmastan-10-bin-kat-daha-degerli-diaspor-tasi-18036170_7516_amp_1

elmastan-10-bin-kat-daha-degerli-diaspor-tasi-18036170_5456_m