Close

Komaya düşdü, yaddaşı silindi: 80-ci illərdə yaşayır

2019-cu ildə avtomobil vurması nəticəsində komaya düşən italyan Lusiano D'Adamo ayıldıqdan sonra yaddaşından 40 il silinib.

TNS xəbər verir ki, kişinin komadan oyandıqdan sonra xatırladığı son şey 1980-ci ildə Romadakı evini tərk etməsi olub.

Yuxudan ayılanda, Lusiano sevdiklərinin çoxunu, hətta evlənməyə hazırlaşdığı sevgilisini belə tanımayıb.

Kişi güzgüdəki görünüşünə öyrəşə bilmədiyini və əvvəllər necə göründüyünü yaxşı xatırlamadığını bildirib.

Lusiano komadan çıxandan bəri sosiallaşmağı öyrənmək və yaddaşında itirdiyi boşluqları doldurmaq üçün mütəxəssis həkimlərlə işləyir.