Dünyanın ən qədim mikrobları tapılıb
181
23:26 - 07 Oktyabr 2024
Cənubi Afrikadakı qayalarda 2 milyard il əvvələ aid mikroblar aşkar edilib.
TNS xəbər verir ki, bu barədə “Microbial Ecology” jurnalında məlumat dərc edilib.
Tokio Universitetinin Yer və Planet Elmləri Departamentinin bir qrup araşdırmaçısı tərəfindən aşkaralanan 2 milyard illik mikrobların təkcə Yerin deyil, Marsın da keçmişinə işıq sala biləcəyi qeyd edilib.
Komanda rəhbəri Yohey Suzukinin sözlərinə görə, bu indiyə qədər aşkar edilmiş ən qədim canlı mikroorqanizmlərdən biridir.
Əvvəlki araşdırmalar göstərib ki, ən qədim mikroblar okean dibinin altında 100 milyon illik çöküntülərdə tapılıb.