Dünyanın ən təhlükəli 10 yolu- FOTOLAR
Günümüzdə əksər avtomobil səyahətləri bizi yavaşlatan bir növ tıxac, yol işləri və təsadüfi təhlükə ilə əlaqəli görünür. Ancaq daha da pis ola bilər. Məsələn, sizə tərəf gələn başqa bir avtomobillə dağ aşırımında qarşılaşırsınız. Burada bir səhv hərəkət fəlakətlə nəticələnə bilər. Dünyanın bir çox yerində rast gəlinən reallıq budur: A nöqtəsindən B nöqtəsinə çatmağın yeganə yolu həyatınızı öz əlinizə almaqdır.
TNS dünyanın 10 ən təhlükəli yolları barədə məlumatı sizə təqdim edir.
Kilonq Kiştvor yolu (Keylong Kishtwar) Hindistan
Kilonq-Kiştvor yolu dağlıq ərazidə olan bir qrunt yoldur. Aşağıdakı minlərlə metrliklik vadi ilə arasında heç bir təhlükəsizlik maneəsi yoxdur. Buna torpaq sürüşmələri və dəyişkən hava şəraiti də əlavə edilsə nə qədər təhlükəli olduğu bir daha ortaya çıxır. Yolun ən dar hissəsi “Uçurum asılqanı” adlanır.
İbarska magistralı, Serbiya
“Qara magistral” kimi tanınan Dövlət Yolu 22 və ya “İbar şossesi” Avropanın ən təhlükəli yollarından biri olmaqla yanaşı, ölkənin ən işlək yollarındandır. Magistral yol Belqradı Serbiyanın digər böyük bələdiyyələri və Monteneqro kimi qonşu ölkələrlə birləşdirir. Təhlükəli döngələrlə kəsilmiş bir sıra uzun düz yollar, xüsusən də gecə vaxtı qəzaların çox olmasına səbəb olur.
Transfağarasan şossesi, Rumıniya
Rumıniya avtomobil yollarının keyfiyyətinə görə Avropanın ən pis yollarından bəzilərinə malikdir. Lakin onların ən məşhur və təhlükəlisi Transfağarasan şossesidir. Bu dolama dağ yolu 2000 m-dən çox yüksəkliyə çatır və 150 km uzunluğunda heyrətamiz mənzərələr nümayiş etdirir. Bu, hər il bu yolda maşın sürən bir çox turisti tıxaclar, tunellər və kəskin yüksəklik dəyişiklikləri kimi çətin vəziyyətə salır. Bu şossedə qarşılaşa biləcəyiniz digər əsas təhlükə yolun ortasında böyük qoyun sürüləridir. Çobanlar öz qoyunlarını otlaq sahələrinə aparmaq üçün bu marşrutdan istifadə edirlər.
Skippers Kanyon yolu, Yeni Zelandiya
Skippers Kanyonu Yeni Zelandiyada Şotover çayının yolunu izləyən keçitdir. 1862-ci ildə bu ərazidə qızıl aşkar edilib ki, bu da kanyondan yolun çəkilməsini zəruri edib. Nəticədə yol şaxtaçılar tərəfindən yalnız əl alətləri və partlayıcı maddələrdən istifadə edilməklə qayalardan oyulub. Kanyonun yumşaq qayası olduğu üçün səth yağış yağanda çox sürüşkən, quruyanda isə qırıntılı olur. Onun sıldırım yamacları, çoxsaylı döngələri var və 22 km uzunluğun böyük hissəsi yalnız birtərəfli trafik üçündür. Yolun tikintisi tamamlananda, qızıl istehsalı da başa çatıb, lakin tarixi quruluşu və möhtəşəm mənzərələri onu bu gün də məşhur bir turizm məkanına çevirib.
Ceyms Dalton magistralı, ABŞ
"Buz yolu yük maşınları" televiziya şousu ilə məşhurlaşan Ceyms Dalton şossesi, Fairbanks şəhərini Şimal Dairəsinin üstündəki Deadhorse şimal icması ilə birləşdirən uzun bir yoldur. Bu 666 km-lik yol Alyaskalı mühəndisin adını daşıyır və neft mədənlərində işləyənlərə yanacaq və ləvazimat daşıyan yük maşınları üçün əsas marşrut kimi xidmət edir. Yolun yalnız üçdə biri asfaltlanıb, qalan hissəsi çınqıl və daşlardan ibarətdir. Qar və buz kimi əlverişsiz hava şəraiti insanların bu yolda qarşılaşdıqları əsas təhlükələrdir.
Zojila keçidi, Hindistan
Zojila keçidi Ladax bölgəsini Kəşmir vadisi ilə birləşdirən mühüm yoldur. Himalay dağlarının yüksək hissəsində yerləşdiyi üçün bu yol qar və buzla örtülür və aylarla bağlanır. Burada yalnız bir motorlu nəqliyyat vasitəsinin keçid boyu hərəkət etməsi üçün kifayət qədər genişlik var. Hazırda marşrutun böyük hissəsi boyunca onu qışın ən pis havasından qorumaq üçün yeni tunel tikilir ki, bu da yolun bütün il boyu açıq qalmasına kömək edəcək.
Pəri Çəmənlikləri yolu (Fairy Meadows Road), Pakistan
Bu olduqca qorxulu yol bəzi nöqtələrdə dəniz səviyyəsindən 3000 m-dən çox yüksəklikdə Pakistan dağlarından keçir və sadəcə bir avtomobilin hərəkət etməsi üçün genişliyə malikdir. 16 km-lik yol Karakoram şossesini Pəri Çəmənlikləri (Fairy Meadows) Milli Parkındakı kiçik Tato kəndi ilə birləşdirir. Çox təhlükəli olduğu üçün yolu ancaq yerli əhalinin idarə etməsinə icazə verilir.
Yunqas yolu, Boliviya
Şimali Yunqas yolu dünyanın ən məşhur təhlükəli yollarından biridir. 64 km-lik yol La Paz şəhərini Boliviyanın Yunqas bölgəsi ilə birləşdirir. Hər il orta hesabla 200 ilə 300 arasında insan orada həyatını itirir.
Bu qorxulu yol dağların arasından keçən çınqıllı yoldan başqa bir şey deyil. Əsas çətinlikləri çox dar və dolama yolda avtomobil idarə edərkən görməyə mane olan duman və yağışdır. Bu vəziyyət tez-tez digər tərəfdən nəqliyyat vasitələrinin təhlükəli dərəcədə sıldırım yamacların kənarından keçməsi ilə daha da ağırlaşır.
Siçuan-Tibet magistral yolu, Çin
Sıçuan-Tibet şossesi dünyanın ən yüksək yollarından biridir və özünəməxsus çətinlikləri var. Qar uçqunlarından və sürüşmələrdən yayınmaqdan tutmuş yüksək hündürlükdə tək zolaqlı hissələrdə irəliləməyə qədər bu yol hər bir sürücü üçün sınaqdır.
Bayburt D915, Türkiyə
D915 dolama yolu, dağlıq ərazinin kənarları boyunca kəsilən çoxsaylı döngələri sayəsində dünyanın ən qorxulu yollarından biridir. Qara dənizi onun şimal sahilindəki, bir vaxtlar Çin və Avropa arasındakı qədim “İpək Yolu”nun bir hissəsinin keçdiyi Bayburt şəhəri ilə birləşdirir. Yol yerli nəqliyyat üçün mühüm marşrutdur. Pis hava şəraiti və çoxsaylı digər təhlükələr səbəbindən yolda hərəkət etmək xüsusi diqqət və səbir tələb edir.