Alimlər Misir fironunun əsl adını tapıblar

Tutanxamon ən məşhur Misir fironlarından biridir. Lakin alimlər onun başqa bir adı olduğunu düşünürlər.
TNS “The Sun”a istinadla xəbər verir ki, misirşünas Coys Tildeslinin fikrincə, Tutanxamonun əsl adı Tutanxaten olub. Bu ad hərfi mənada "Atenin canlı obrazı" deməkdir. Bu onun valideynlərinin günəş tanrısına sitayişini əks etdirir.
Bir neçə il taxtda oturduqdan sonra Tutanxaten dinini dəyişmək qərarına gəlib və tanrıların padşahı kimi hörmət edilən Amona sitayiş etməyə başlayıb. Sonra firon adını dəyişərək Tutanxamon - "Amonun canlı obrazı" qoyub.
Eyni zamanda alimlər deyirlər ki, misirlilər fironu müxtəlif adlarla tanıyıblar.