Close

Modanın “heyvani” yeniliyi- Gözəllik üçün nəyi qurban veririk?

“Alexander McQueen” markası 2500 avroya qeyri adi çəkmələr satmağa başlayıb.

TNS xəbər verir ki, bu barədə DSCENE məlumat yayıb.

“Alexander McQueen”in payız kolleksiyasından olan çəkmələr at dırnaqları formasındadır.

Yeni məhsul sosial şəbəkələrdə müzakirə və tənqidlərə səbəb olub.

Markanın pərəstişkarları onları “Şrekin eşşək ayaqqabıları” adlandırıblar.

“Alexander McQueen”in saytında çəkmələrin qiyməti 2500 avro (4624 manat) təşkil edir.

450363094_826810585777021_1683489423899957407_n-730x907

450469180_1011600020495244_8283433236965472233_n-730x910

450595903_1535961500290159_8308423108561762438_n-730x910