"WhatsApp"da problemlər müşahidə olunur
7
22:20 - 27 İyun 2024
![](/upload/files/up3/Xeberler/2024/06/27/1712169482__124834064_gettyimages-1239434528.jpg)
"WhatsApp" istifadəçiləri xidmətlə bağlı problemlərlə üzləşiblər.
TNS xəbər verir ki, şikayətlərin əsas hissəsi mesencerlə bağlı olub:
- İstifadəçilərin 40%-i mobil proqramın işləmədiyini bildirib;
- 26% bildirişlərin çatdırılmasında problemlə üzləşib;
- 26%-i isə xidmətin ümumi nasazlığından şikayətlənib.
Hazırda "WhatsApp" tərtibatçıları nasazlığın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.