Close

Sosial şəbəkələrdən imtinanın qadınlara FAYDALARI

Torontodakı York Universitetinin kanadalı alimləri sübut ediblər ki, sosial şəbəkələrdən istifadənin müvəqqəti məhdudlaşdırılması gənc qadınların psixi vəziyyətinə müsbət təsir göstərir.

TNS xəbər verir ki, araşdırma "Body Image" elmi jurnalında dərc olunub.

Alimlər rəqəmsal detoksun, daha dəqiq desək, yeddi günlük sosial mediadan imtinanın qadınların psixi sağlamlığına necə təsir edəcəyini öyrənməyə qərar verib.

Təcrübədə 17-24 yaş arası 66 qız tələbə iştirak edib. Onlar iki qrupa bölünüblər. Birinci qrup onlayn sosial platformalardan istifadəyə bir həftəlik fasilə verməli idi. İkinci qrup isə sosial şəbəkələrdə adi aktivliyini saxlamalıdır.

İştirakçılar özünə hörmət və bədən imicini ölçən ilkin anketləri doldurublar.

Nəticələr göstərib ki, sosial mediaya bir həftəlik fasilə verən qadınlar həmişəki kimi sosial mediadan istifadə etməyə davam edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksək özünə hörmət və mənəvi özgüvən əldə ediblər. Bu təkmilləşmə həm ümumi durumda, həm də görünüş və sosial heysiyyat kimi spesifik sahələrdə özünü büruzə verib.

Alimlər qeyd ediblər ki, rəqəmsal detoks gənc qadınların psixi sağlamlığını yaxşılaşdırmaq üçün sadə və pulsuz bir yol kimi xidmət edir.(publika.az)