Close

ABŞ-də ölkənin özündən köhnə ev satışa çıxarılıb- FOTO

Massaçusets ştatında ABŞ-nin yaranmasından əvvəl tikilmiş ev satışa çıxarılıb. 

TNS xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb.

Məlumata görə, ev Plimpton şəhərində ingilis kolonisti Stiven Brayant tərəfindən tikilib. Tikinti 1669-cu ilə aiddir. ABŞ-nin rəsmi tarixi isə 1783-cü ildən başlayır.

Tikilinin dəyəri 800 min dollar olaraq qiymətləndirilir. Torpaq sahəsi 80 hektar, evin sahəsi isə 230 kvadratmetrdən çoxdur. Bina o vaxtkı ümumi taxta çərçivə texnologiyasından istifadə edilməklə tikilib. 1703-cü ildə beş mərtəbəyə qaldırılıb və çardaq əlavə edilib. Evdə üç yataq otağı, iki vanna otağı, üç kamin var. Şüalı tavanlar, qurğuşunlu şüşə pəncərələr və taxta döşəmələr interyerə antik hiss bəxş edir. Evdə orijinal elementlərlə yanaşı, müasir şərait də var - paltaryuyan, quruducu, generator, qızdırıcılar və yeni elektriklər. Həyətində ayrıca qaraj və toyuq hini də yerləşir.

Qeyd edək ki, bu ev ölkədə sağ qalan ən qədim bina deyil. ABŞ-nin ən qədim binası olan Massaçusetsdəki Fairbanks Evinin 387 yaşı var.

Bez_nazvania

house-hunters-looking-taste-colonial-83362960_1

house-hunters-looking-taste-colonial-83362963_1

house-hunters-looking-taste-colonial-83362984_1