Close

Ən çox baxılan və tövsiyə olunan FİLMLƏR

Demək olar ki, hamımız filmlərə baxmağı sevirik. Baxmaq üçün film seçəndə çalışırıq ki, özümüzə nəsə qataq, yeni nələrsə öyrənək.

TNS xəbər verir ki, ən yaxşı filmlər əsasən yüksək IMDb balının olması ilə də ölçülür. Yüksək IMDb balı olan filmlər ən çox baxılan və mütləq izlənilməli filmlərdən sayılır. 

Kino tarixində da adından söz etdirən filmlər çoxdur. Məşhur kino aktyorlarının rol aldığı və səsləndirdiyi bu filmlərə bu gün də dəfələrlə baxılır.

Bəs, ən yaxşı filmlər hansılardır? Yeni və köhnə ən çox baxılan filmlərin siyahısı necədir?

TNS sizə ən çox baxılan və tövsiyə olunan filmlərin siyahısını təqdim edir:

“Əsarətin bədəli”

1994-cü ildə ekrana çıxarılan bu film ən yaxşı film hesab olunur. Film dünyanın ən yüksək - 9.3 IMDb balı olan filmdir. Film günahsız yerə həbs edilən bir adamın hekayəsindən bəhs edir.

1

“Yaşıl yol”

“Yaşıl yol” da həbsxana mövzulu bir filmdir. Dünyanın ən yaxşı filmlərindən biri hesab edilən “Yaşıl yol” 1999-cu ildə çəkilib. Qaradərili bir kişinin həbsxana həyatından bəhs edən bu film ən populyar filmlər sırasındadır.

2

“3 axmaq”

2009-cu ildə çəkilmiş filmdir. Film Ranço, Raju və Fərhanın Hindistanda daxil olduqları universitetdəki macəralarından bəhs edir.

3

“Qladiator”

“Qladiator” Roma imperiyası dövründən bəhs edən filmdir. 2000-ci ildə çəkilmiş filmin əsasını döyüş, macəra və dram təşkil edir.

4

“Cəsur ürək”

1995-ci ildə çəkilmiş “Cəsur Ürək” mütləq izlənilməli filmlər sırasındadır. Filmin mövzusu şotlandiyalının ingilis zadəgan ailələri ilə mübarizəsindən bəhs edir.

5

“Leon”

Filmin baş qəhrəmanı Matilda adlı kiçik bir qızdır. Matildanın həyatında ən çox dəyər verdiyi insan kiçik qardaşıdır. O, ailəsinin düşdüyü çətin vəziyyətdən çıxmaq üçün Leon adlı qatildən kömək istəyir. Leon 1994-cü ildə çıxan ən məşhur filmlərdən biridir.

6

“Testere”

Qorxu və triller kateqoriyasında ən məşhur filmlərdən biri olan “Testere” işgəncə mövzulu filmdir. Bu dünyaca məşhur filmin daha sonra digər seriyaları da çəkilib.

7

“Altıncı hiss”

“Altıncı hiss” 8.1 IMDb balı olan emosional filmdir. Film kiçik bir uşağın ölülər haqqında biliklərini çatdırır. Həmin bu uşağın xüsusi gücü var. Amma uşaq xüsusi gücünün olduğuna psixoloqdan başqa heç kimi inandıra bilmir.

8

“Zindan adası”

“Zindan adası” sirr və gərginliklə dolu bir filmdir. 2010-cu ildə istehsal olunan bu film psixi xəstələrin hekayəsindən bəhs edir. Ruhi xəstələrin cinayətlərindən bəhs edən bu filmdə çoxlu detektivlər var. Sirləri həll etməyə çalışan detektivlər çox fərqli hadisələrlə qarşılaşacaqlar.

9