Close

Təyyarədə bu içkini qəbul etmək ölümcül ola bilər

Uçuşlar zamanı spirtli içki ölümcül ola bilər.

TNS xəbər  verir ki, Almaniyadakı Aerokosmik Tibb İnstitutunun alimləri belə bir nəticəyə gəliblər.

18-40 yaş arası 48 nəfər üzərində aparılan tədqiqatlar müəyyən edib ki, uçuş zamanı spirt və kabindəki təzyiqin birləşməsi yatmış sərnişinlərin ürəyini sıxa bilər.

Bu birləşmənin hətta gənclərdə belə qandakı oksigeni azaltdığı və ürək döyüntüsünü artırdığı göstərilib.

"Təyyarədə spirtli içkilərin istehlakı düzgün qiymətləndirilməmiş sağlamlıq riskidir. Təyyarədə belə içkilərə əlçatanlığı məhdudlaşdırmaq üçün qaydaların dəyişdirilməsini nəzərdən keçirmək lazımdır", -alimlər qeyd ediblər.

Tədqiqatçılar bildiriblər ki, ürək və qan dövranı problemləri uçuş zamanı tibbi yardımların 7 faizini, infarktların isə 58 faizini təşkil edir.