Close

2 yaşlı rəssamın əsərləri 7 min dollara satılır

Almaniyada yaşayan 2 yaşlı balaca rəssam Loran Şvarçın rəsmləri 7 min dollara satılır.

TNS xarici mediaya istinadən istinadən xəbər verir ki, valideynləri Liza və Filipp Şvarç "kiçik Pikasso" adlandırdıqları uşaqları üçün studiya qurublar və əsərlərinin əksəriyyətinin qısa müddətdə satıldığını bildiriblər.

Balaca rəssamın əsərlərini paylaşmaq üçün açılan “Instagram” hesabını qısa müddətdə 30 min nəfər izləyib.

"Əsərləri satmaq niyyətimiz yox idi, lakin sosial mediadan gələn xoş şərhlər bizi onları onlayn satmağa vadar etdi",- Liza qeyd edib.

Uşağın əl işləri aprel ayında Münhenin ən böyük sənət sərgisi olan ART MUC-da nümayiş etdirilib və dünyanın hər yerindən alıcılara satılıb. Növbəti mərhələdə əsərlərin Nyu-Yorkda sərgilənməsi planlaşdırılır.  Loranın əsərlərindən əldə edilən bütün pullar 18 yaşına çatana qədər istifadə edə bilməyəcəyi bank hesabında saxlanılır.