Close

Sosial media asılılığının yeni səbəbi məlum olub

İnternet asılılığı və sosial şəbəkələrdən daimi istifadə FOMO (insanın maraqlı və ya vacib hadisəni qaçırmaqdan qorxduğu zaman narahat psixi vəziyyəti) ilə əlaqələndirilə bilər.

TNS xəbər verir ki, bu barədə “The Conversation”a Çarlz Darvin Universitetindən psixoloq və davranış asılılığının təbiətini araşdıran Kim M.Kaudvel bildirib.

Psixoloq qeyd edib ki, FOMO (Fear of Missing Out)  insanların emosiyalarını tənzimləyə bilməməsi səbəbindən internetdən həddən artıq istifadəyə sövq edir. FOMO tez-tez “doomscrolling”lə müşayiət olunur. Bu, pis xəbərlərin üstünlük təşkil etdiyi xəbər lentlərinə və ya portallara dalmaqdır. Belə bir vərdişi, yaxud asılılığı olan insanlar daima dünyada və ya konkret sosial mühitdə baş verən neqativ və sarsıdıcı hadisələr haqqında məlumat axtarmağa çalışırlar.

Kaudvelin sözlərinə görə, internet asılılığının bir forması olan FOMO potensial olaraq insanlararası münasibətlərdəki problemlərdən qaynaqlanan stresli vaxtlarda özünü göstərə bilər. Eyni zamanda, internetdən aktiv istifadə insanların psixoloji dəstək almasına kömək edir. Həmçinin, daim onlayn olmaq və xəbər lentini yeniləmək cəmiyyətə inteqrasiya hissi yaradır - insan özünü baş verən hadisələrin bir hissəsi kimi hiss edir.