Close

17 yaşında itkin düşən şəxs 27 ildən sonra qonşunun tövləsində tapıldı

Əlcəzairdə 17 yaşında ikən yoxa çıxan gənc 27 ildən sonra qonşunun tövləsində tapılıb.

TNS xarici mediaya istinadən xəbər verir ki, 17 yaşında yoxa çıxan və öldüyü güman edilən Ömər bin Omranın 27 il samanla dolu zirzəmidə zorla saxlanıldığı iddia olunur.

Paytaxt Əlcəzairin 300 kilometr cənubunda yerləşən Celfe vilayətinin Məhkəmə Şurası məsələ ilə bağlı yazılı açıqlama verib. Şuranın açıqlamasında qeyd olunub ki, mayın 12-də bir nəfər baş prokurorluğa gələrək 30 ilə yaxındır itkin düşən qardaşının Əl-Qədid şəhərində qonşusunun evinin qoyun tövləsində olması barədə şikayət edib. Dərhal genişmiqyaslı araşdırmalara başlanılıb, hüquq-mühafizə orqanlarının sözügedən evdə apardıqları axtarış zamanı itkin düşən şəxs tapılıb və evin 61 yaşlı sahibi həbs edilib.

Sosial şəbəkələrdə saxlanılan şəxsin faciəvi vəziyyətdə, köhnə paltarda, saqqallı foto və videoları paylaşılıb.

Ömər bin Omarın danışa bilmədiyi, çox ciddi tibbi və psixoloji dəstəyə ehtiyacı olduğu müəyyənləşdirilib.

Mayın 13-nə keçən gecə qonşusunun evində samanla örtülmüş çuxurda şok vəziyyətdə tapılan şəxsin ailəsi, övladlarının 1990-cı illərdə Əlcəzairdə fəaliyyət göstərən silahlı qruplar tərəfindən qaçırılaraq öldürüldüyünə inanıb.

akillara-durgunluk-veren-olay-17-yasinda-17329053_6877_m_1