Close

Dünyanın ən kök meymunu özünü yeyib

Taylandın Banqkok şəhərində Qodzilla adlı dünyanın ən kök meymunu acından özünü yeyərək ölüb.

TNS xarici mediaya istinadən xəbər verir ki, meymunun sahibi onu hər gün özüylə işlədiyi bazara aparıb və orada insanlar heyvana şokalad, meyvə və şirin içkilər kimi yüksək şəkərli qidalar yedizdiriblər.

6 yaşlı meymun bazarda zəncirlənmiş vəziyyətdə aşkarlananda o, artıq 19 kq ağırlığında olub ki, bu da öz növünün standart çəkisindən iki dəfə çoxdur.

Bir sıra xəstəlikləri olan heyvan arıqlama düşərgəsinə aparılıb və orada aşağı kalorili qidalardan ibarət ciddi pəhrizə məruz qalıb və özünü vəhşi təbiətdə saxlaya bilməyəcəyindən ehtiyat edilərək sərbəst buraxılmayıb.

Meymun qısa ömrünün qalan günlərini Chaochoengsao əyalətindəki vəhşi təbiət mərkəzində keçirib. Növlərinin əksəriyyəti 37 il yaşasa da,  Qodzilla acından özünü yeyərək ölüb.

obez-maymun-one-cikan

obez-maymun-2

BB1m8sNg