Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Film deyil, reallıqdır: 59 ildir əsl şəxsiyyətini axtarır

Türkiyədə 1965-ci ildə dünyaya gəlmiş Raziyə Şimşək adlı qadın 59 ildir əsl kimliyini tapa bilmir.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, Sivasda yaşayan qadın 1 yaşında anasını itirdikdən sonra, atası tərəfindən uşaq evinə verilib.

İddiaya görə, uşaq evinin müdiri Raziyəni qeydiyyatdan keçirmədən qeyri-rəsmi bir ailəyə övladlığa verib. Həmin ailə də saxta sənədlərlə onu öz övladı kimi qeydiyyata saldırıb.

Raziyə Şimşək evləndikdən sonra övladlığa götürən ailəsi tərəfindən rədd edilib. Həmin vaxtdan rəsmi şəxsiyyət vəsiqəsi olmadığı üçün qadın çıxılmaz vəziyyətə düşüb.

3 ildir bu vəziyyəti həll etmək üçün mübarizə aparan Raziyə həm maddi, həm də mənəvi çətinliklər yaşadığını bildirib: “Mən heç bir rəsmi qurumda qeydiyyatda deyiləm. Öləndə məzarıma yazılacaq atamın adı belə yoxdur”.