Qonur ayı balası 10 gündür ağacdan enmir - ŞOK SƏBƏB
145
18:26 - 02 Yanvar 2024

Slovakiyanın Kaveçanı şəhəri yaxınlığındakı Koşitse zooparkında qonur ayı balası 10 gündür ağacdan enmir.
TNS xəbər verir ki, Linda adlı qonur ayı balası 10 gün əvvəl dırmaşdığı ağacın başından enmir. Tərbiyəçilər bunu onun utancaqlığı və insanlara inamsızlığı ilə əlaqələndirirlər.
Zooparka digər müəssisələrdən də tərbiyəçilər dəvət olunub. Amma hələ ki, ayını ağacdan endirmək mümkün olmayıb.