Close

"Ən tənbəl" olmaq üçün 47 gündür yatırlar- FOTO

Monteneqronun Niksic şəhəri yaxınlığında yerləşən Brezna Etno kəndində 47 gündür ki, "ən uzun yatma" yarışması davam edir.

TNS xarici mediaya istinadən xəbər verir ki, müsabiqə 21 nəfərlə başlayıb və cəmi 3 nəfər qalıb.

Müsabiqənin qalibi 1000 avro və “ən tənbəl vətəndaş” adına layiq görüləcək.

Avqustun 18-də başlayan yarışma bu il 12-ci dəfədir keçirilir və 47-ci günə daxil olan yarışmaçılar 1104 saatı geridə qoyublar.

Müsabiqə qaydalarına əsasən, iştirakçılara yatmaq, yemək, içmək, kitab oxumaq və telefondan istifadə etmək icazəsi verildiyi halda, ayağa qalxmaq qayda pozuntusu hesab olunur. Rəqiblər hər 8 saatdan bir şəxsi ehtiyaclarını ödəyə bilərlər.

karadag-da-en-tembel-kisinin-belli-olacagi-16389914_3920_m

karadag-da-uzun-yatma-yarismasi-46-gundur-devam-16389914_2383_amp_1

aa-picture-20230908-32104671-lqch