Close

Yayda çayları quruyan, 131 etnik qrupun Vətəni olan ən böyük türk dövləti

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünyanın müxtəlif ölkələri ilə diplomatik əlaqələr qurmağa başladı. Bu gün artıq 200-də artıq ölkə ilə diplomatik münasibətlər mövcuddur. Bu dövlətlərin arasında inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr var. Ölkəmizin diplomatik əlaqələri olan ölkələrin bəzilərinə sadə vətəndaşların gediş-gəlişində viza rejimi tətbiq olunur. Ancaq Azərbaycan vətəndaşlarına qarşılıqlı və təktərəfli qaydada vizasız səyahət imkanları yaradan ölkələr də az deyil.

TNS-in “Vizasız turist” rubrikasında bu ölkələr haqqında geniş məlumatlar yer alır.

Növbəti dayanacağımız Qazaxıstandır.

Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci ildə yaranıb. 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə Azərbaycanın Qazaxıstanda səfirlikləri fəaliyyətə başlayıb.

Milli Məclisdə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem yaşanmayıb.

Hər iki ölkə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvüdür.

q-2

Qazaxıstan ərazisinə görə Mərkəzi Asiyada birinci, dünyada doqquzuncu yerdədir. Dənizə çıxışı olmayan ölkələr arasında isə ilk pillədədir. Ümumi sahəsi 2,724,900 km² olan Qazaxıstan şimalda Rusiya, şərqdə Çin, cənubda Türkmənistan, Özbəkistan və Qırğızıstanla həmsərhəddir. Ölkənin qərbində Xəzər dənizi yerləşir və bu dəniz vasitəsilə Rusiya, Azərbaycan, İran və Türkmənistanla su sərhədinə malikdir. Qazaxıstanın paytaxtı 1997-ci ildən Astana şəhəridir. Həmin vaxta qədər ölkənin paytaxtı ən böyük şəhər olan Almatı şəhəri olub. Qazaxıstan iqtisadi cəhətdən Mərkəzi Asiya regionunda dominant dövlət hesab olunur. Ölkənin əsas gəlir mənbəyini neft-qaz sənayesi təşkil etsə də, böyük mineral resurslara sahibdir.

Ərazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdir. 2020-ci il 1 avqusta olan məlumata, əsasən əhalisinin sayı 18,8 milyon nəfərdən çoxdur. Quru ərazisinin çox böyük olmasına baxmayaraq, əhali sıxlığına görə dünyada ən aşağı göstəricilərdən birinə sahibdir. Hər kvadrat kilometrdə əhali sıxlığı 6 nəfərə bərabərdir.

q-1

Qazaxıstan ərazisi tarix boyunca köçəri türk xalqlarına ev sahibliyi edib. Rusiyada 1917-ci ildə baş tutmuƏrazisi düzənlik, çöl, tayqa, kanyon, dağlar və səhralardan ibarətdirş inqilab və onun ardınca baş vermiş vətəndaş müharibəsi nəticəsində imperiyaya tabe olan digər bütün dövlətlər müstəqillik əldə etdi. Lakin bu müstəqillik uzun çəkmədi. 1920-ci ildə ölkə ərazisi yenə rusların işğalına məruz qaldı və Sovet hakimiyyəti bərqərar oldu. 1936-cı ildə Sovet İttifaqının tərkib hissəsi olan Qazaxıstan SSR-in əsası qoyuldu.

Qazaxıstan 1991-ci ildə Sovet İttifaqı dağılarkən ən son müstəqillik elan edən sovet respublikalarından biridir.

Hazırkı prezident Qasım-Comərd Tokayev 2019-cu ildən bəri ölkəyə rəhbərlik edir.

Qazaxıstanda qazaxlar (əhalinin 63%-ni təşkil edir), ruslar, özbəklər, ukraynalılar, almanlar, tatarlar və uyğurlar da daxil olmaqla 131 müxtəlif etnik qrup yaşayır.

Əhalinin təqribən 70%-i müsəlmanlardan, 26%-i isə xristianlardan ibarətdir. Ölkənin rəsmi dili qazax dili olsa da, inzibati işlər də daxil olmaqla, bütün səviyyələrdə rus dili də bərabər statusa sahibdir.

Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Müasir Qazaxıstanın kökləri 1400-cü illərə qədər getməkdədir. 1770-ci ilin sonlarında qazax juzları Rusiya və Çin arasında mübarizə meydanına çevrildi. Bu mübarizə rusların qələbəsi ilə başa çatdı. Bundan sonra ruslar işğal etdikləri qazaxların ölkəsində müstəmləkəçilik siyasəti yeritməyə başladılar. Bu torpaqların bütün imkanlarını mənimsədilər. Yerli qazaxları köçə məcbur etdilər. Qazaxların dilinə, dininə və yaşayışına müxtəlif qadağalar qoyuldu.

Aclıq və siyasi səbəblərlə 1912–17 ci illər arasında rus hökumətinə qarşı etiraz başladı. 1917-ci ildə Rusiyada çarlığın devrilməsi ilə əlaqədar olaraq Mərkəzi Asiya bir müddət müstəqil oldu. 1917–20 ci illər arasında keçmiş qazax juzları birləşərək "Alaş Orda" dövlətini qurdular. Bu dövlət üç il yaşaya bildi. 1920-ci ildən sonra ruslar hakimiyyəti ələ keçirdilər və bu tarixdən sonra SSRİ dövrü başladı. Rus hökuməti qazaxların milli şüurunu itirməsi üçün müxtəlif yollara əl atdı. Stalinin vaxtında qazaxcadan ərəb və farsca sözlər çıxarılaraq bunların yerinə rusca kəlmələr qoyuldu. Günümüzdə də qazaxcada olan bəzi kəlmələr üçün rus sözləri işlədilir. Sovet hakimiyyəti altında olan dövrdə 1933-cü ildə süni aclıq, 1937–38-ci illərdə soyqırımı, 1954-cü ildə 6 milyon 300 min hektar yerin zorla rus mühacirlərinə paylanması, 1960-cı illərə qədər rus köçləri yerləşdirmə planlarının həyata keçirilməsi, 1986-cı ildə məşhur "Celtoksan" hadisəsini söyləmək mümkündür.

50-ci illərin sonunda qazax etnosu Qazaxıstan əhalisinin cəmi 30 faizini təşkil edirdi. 70-ci illərdən başlayaraq Qazaxıstanda yerli əhalinin sayı tədricən artmağa başladı ki, bu da etnik balansın dəyişməsi ilə nəticələndi. Yalnız 1989-cu ildə qazaxlar öz tarixi vətənlərində üstünlük təşkil etməyə başladılar. 1989-cu il SSRİ əhalisinin siyahıya alınmasına görə "ikinci böyük etnik qrup olan ruslar Qazaxıstan əhalisinin 37,8 faizini təşkil edib".

1986-cı ilin dekabrında minlərlə qazax tələbəsi Alma-Atada mitinq keçirdi. Məsələyə ordunun qarışması ilə minlərlə qazaxın qanı axıdıldı. 200 nəfərdən artıq insan həlak oldu. Bu ruslaşma və sovetləşmə siyasətinə qarşı ilk etiraz aksiyası idi və 1986-cı il sovet tarixinə millətlərarası toqquşma ili kimi daxil oldu.

Qazaxıstanda müstəqil ictimai təşkilatlar meydana gəlməyə başladı. 1989-cu il iyunun 22-də Nursultan Nazarbayev Qazaxıstan KP MK-ın birinci katibi seçildi.

1990-cı ildə iqtisadi böhran və SSRİ-nin süqutundana sonra 1991-ci ildə müstəqil olaraq dünya arenasında öz yerini tapdı. Nursultan Nazarbayev ölkənin ilk prezidenti oldu.

 

q-5

Ölkənin şərqində ən yüksək zirvəsi olan Xan-Tenqri massivi (6995m), qərbində isə ən çökək yeri olan Qaragiye (-132m) yerləşir. Qazaxıstan ərazisinin relyefi çox da mürəkkəb deyil. Düzənliklər daha geniş sahəni tutur.

Ölkə ərazisinin iqlimi kəskin kontinentaldır. Qışı çox soyuq keçir. Arktik hava kütlələrinin əraziyə maneəsiz daxil olması nəticəsində şimal və mərkəz hissələrdə şaxtalar daha güclü (şimalda −45 °C, mərkəzdə −35 °C) olur. Yay isə çox isti keçir. Orta iyul temperaturu şimalda +24 °C, cənubda +28 °C-dir. Bəzən istilər +44 °C-yə kimi çatır. Yağıntıların miqdarı azdır.

Qazaxıstan ərazisinin şimal və şimal-şərq hissələrində münbit torpaqları olan çöl zonası geniş sahəni əhatə edir. Qazaxıstanın ən böyük taxılçılıq rayonları da elə buradadır.

Qazaxıstanın iqlimi kəskin kontinental olduğuna görə çay şəbəkəsi də zəifdir. Nisbətən iri çaylarından Sırdərya, Ural, Emba, İle, İrtış, Esil çayını göstərmək olar. Digər çaylarının əksəriyyəti yayda quruyur.

Ölkə inzibati cəhətdən 14 vilayət, 4 vilayət statuslu şəhər, 170 rayon, 83 şəhər, 200 qəsəbə və 7743 kənddən ibarətdir.

 

q-3

Rəsmi məlumatlara görə, Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə, üç yüz min azərbaycanlı yaşayır.

Ənənəvi Qazaxıstan mətbəxi quzu və at ətini, həmçinin süd məhsullarının müxtəlif növlərini əhatə edir. Beşbarmak, qaynadılmış at və ya kuzu ətindən ibarət yemək ən məşhur yeməkləridir. Kımız isə ən çox içilən milli içkidir.