Close

Zooloqlar yeni növ arı aşkar ediblər

Turku Universitetinin finlandiyalı alimləri Perudakı Alpahuayo Mişana Milli Qoruğunda yeni növ arı – “Capitojoppa” aşkar ediblər. Bu tropik meşə dünyanın ən zəngin biomüxtəlifliyə malik yerlərindən hesab olunur.

TNS xəbər verir ki, araşdırma “ZooKeys” elmi jurnalında dərc olunub.

Zooloqlar bildiriblər ki, aşkar edilmiş “Capitojoppa” növü “Ichneumoninae” arı ailəsinə aiddir və iri başları ilə seçilirlər. Həşəratların özləri iri və parlaq rəngdədirlər, sürfələri kəpənəklərin, güvələrin tırtılları və pupaları ilə qidalanırlar.

Bundan əvvəl elm adamları Vyetnamın altı rayonunda 16 yeni parazit arı növü aşkar etmişdilər.