Close

Təyyarənin göyərtəsində ən səs-küylü millət hansıdır?

Keçmiş stüardessa Marika Mikusova təyyarənin göyərtəsində ən səs-küylü millətin hansı olduğunu açıqlayıb.

TNS xəbər verir ki, “The Daily Mail”ə müsahibəsində təyyarə bələdçisi britaniyalıları sakitləşdirməyin çox çətin olduğunu bildirib.Maraqlısı odur ki, o, bir qayda olaraq, ən çox şikayət edilən rusları xatırlamayıb.

"Bələdçilər əylənməyi sevirlər, lakin britaniyalıları sakitləşdirmək asan deyil. Alkoqol istehlakı və təyyarədə səs-küy səviyyəsi bəzən nəzarətdən çıxır və bu, yaxşı deyil",- o bildirib.

Marikanın sözlərinə görə, uçuş zamanı öz qayğılarına qalmağı bacaran intizamlı almanlar stüardessaları daha az stresə salırlar: "Əgər onlar kiminləsə yerlərini dəyişmək istəyirlərsə, gedib özlərindən soruşurlar və kiçik uşaqlar kimi bizim üstümüzə gəlmirlər”.

Marika həmçinin nəzakətli yaponlar, həmişə gülərüz və mehriban filippinlilərlə uçuşlarda rahat atmosfer olduğunu deyib.

O, sərnişinlərin davranışının adətən stüardessalar üçün bütün uçuşun əhval-ruhiyyəsini müəyyən etdiyini də vurğulayıb.

Maraqlıdır ki, bələdçi bir qayda olaraq, ən çox şikayət edilən rusları xatırlamayıb.