Close

Əhalisi ildən ilə azalan, Avropada ölüm hökmü qüvvədə olan tək ölkə

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dünyanın müxtəlif ölkələri ilə diplomatik əlaqələr qurmağa başladı. Bu gün artıq 200-də artıq ölkə ilə diplomatik münasibətlər mövcuddur. Bu dövlətlərin arasında inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələr var. Ölkəmizin diplomatik əlaqələri olan ölkələrin bəzilərinə sadə vətəndaşların gediş-gəlişində viza rejimi tətbiq olunur. Ancaq Azərbaycan vətəndaşlarına qarşılıqlı və təktərəfli qaydada vizasız səyahət imkanları yaradan ölkələr də az deyil.

TNS-in “Vizasız turist” rubrikasında bu ölkələr haqqında geniş məlumatlar yer alacaq.

İlk dayanacağımız Belarusdur.

SSRİ-nin tərkibində müttəfiq respublika olan Azərbaycan və Belarus arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulub.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan və Belarusun bir neçə şəhəri “Qardaşlaşmış şəhər” statusunu daşıyır. Bunlar Sumqayıt-Mogilyov, Şəki-Slutsk, Mingəçevir-Polotskdur.

Hazırda hər iki ölkənin beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşları üçün səyahət vizasızdır.

bel4

Belarus şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir, aytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır.

1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalıb. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası həmin ittifaqın qurucu üzvlərindən biri olub. Belarusun müasir sərhədləri 1939-cu ildə tam olaraq formalaşıb. İkinci dünya müharibəsi ərzində baş tutmuş hərbi əməliyyatlar Belarusa çox böyük ziyan vurub. Bu müharibə nəticəsində Belarus əhalisinin təqribən üçdə bir hissəsini və iqtisadi resurslarının yarısından çoxunu itirib.

27 iyul 1990-cı ildə Belarus Respublikasının parlamenti ölkənin suverenliyi barədə qərar qəbul edib, 25 avqust 1991-ci il tarixində Sovet İttifaqının dağılması prosesi ərzində öz müstəqilliyini elan edib.

1994-cü ildə ölkənin ilk Prezidenti seçilən Aleksandr Lukaşenko indiyədək dövlət başçısıdır.

bel5

Belarus Avropada ölüm hökmü cəzasından imtina etməyən yeganə dövlətdir.

Hazırda Sovet dövründə olduğu kimi, ölkə iqtisadiyyatının əsas hissəsi dövlət mülkiyyəti hesab olunur.

Ölkədə əhalinin sayı ildən ilə azalır. 1999-cu ildə 10 milyondan çox olan əhali sayı 2009-cu ildə 9,5 milyon nəfər olub.

Ölkədə 40-dan çox etnik yaşayır. Etnik cəhətdən əhalinin 80%-dən çoxunu beloruslar, qalan hissənin böyük bir qismini etnik ruslar, polyaklar və ukraynalılar təşkil edir. 1995-ci ildə baş tutmuş referendumdan sonra ölkədə iki rəsmi dil var: belarus dili və rus dili. Əsas danışıq dili rus diliri. Belarus Konstitusiyasına əsasən, heç bir din rəsmi dövlət dini olaraq qəbul olunmasa da, əhalinin əksəriyyəti xristianlığın pravoslavlıq cərəyanına etiqad edir.

BMT-nin qurucu üzvlərindən biri olan Belarus həmçinin Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Qoşulmama Hərəkatının üzvüdür.

bel2

Belarus güclü iqtisadi sistemə malik olmayan, daha çox aqrar dövlət kimi tanınır. Ölkədə maldarlıq, əkinçilik, bitkiçilik və aqrar texnika istehsalı çox inkişaf edib. Ölkə daxili yem tələbatını artıqlamasıyla ödəyir və qonşu dövlətlərə kütləvi halda süd, süd məhsulları, tərəvəz ixrac edir. Belarus 1990-сı illərdə və 2011-ci ildə defoltla üzləşib.

Əhalinin 80%-ni pravoslav, 15%-ni katoliklər təşkil edir.

Belarusda tanınmış azərbaycanlıları:

Günəş Abbasova — estrada müğənnisi.

Natiq Bağırov — sambo üzrə 4 qat dünya çempionu.

Leyla İsmayılova —2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı.

Kamandar Məcidov — Yunan-Roma güləşi üzrə Olimpiya və dünya çempionu.

Zabit Səmədov — dünya tay boks çempionu.

Azərbaycanda tanınmış beloruslar:

Süleyman bəy Sulkeviç (1865–1920) — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Ərkani-hərb rəisi, general-leytenant.

Leu Daşkeviç (1882—1957) — AXC hökuməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan fotoqraf, tədqiqatçı və fransız dili müəllimi olub.

Anatoli Davidoviç (1965–1992) — Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), mayor.

Yuliya Ratkeviç — Azərbaycan Respublikasının milliləşdirilmış idmançısı, yunan-roma güləşi üzrə dünya çempionu.