Close

10:30
11 May 2025

90 yaşlı alpinist əlil arabasında Fuji dağını fəth etdi – VİDEO

90 yaşlı yapon alpinist Yuiçiro Miura əlil arabası ilə Fuji dağının zirvəsinə qalxıb.

TNS xəbər verir ki, bu barədə “Kyodo News” bildirib.  

Yaşlı alpinistə zirvəyə qalxmaq üçün təxminən on nəfər kömək edib.

Miura 1966-cı ildə Fuji dağından xizəklə enib, 2003, 2008 və 2013-cü illərdə isə 70, 75 və 80 yaşlarında Everestə uğurla qalxıb.

2020-ci ilin iyun ayında alpinist qismən iflicliyə səbəb olan xəstəliyə görə xəstəxanaya yerləşdirilib, lakin o, hər halda dağı fəth etmək qərarına gəlib.

Miura saat 05:15 radələrində Fuji Baza Düşərgəsindən qalxmağa başlayıb və təxminən iki saat ərzində zirvəyə çatıb. Orada onu adını daşıyan məktəbin şagirdləri qarşılayıblar.