Moda aləmini varlılar yox, artıq kasıblar yönləndirəcək

Bu gün dünyada sərvət dəyərində geyimlər deyil, ucuz paltarlar dəb hitinə çevrilir. İndi bir çox geyim brendləri moda və sərfəliliyi birləşdirməyin yolunu tapıb.
TNS “Daily Mail”ə istinadən xəbər verir ki, “Marks & Spencer” və bir sıra digər mağazalarda satılan 39,50 funt sterlinqlik(85 manat) donlar son vaxtlar artmaqdadır.
Nəşr 40 funt-sterlinqə qədər olan ən yaxşı paltarların seçimini dərc edib.
“M&S”-in bu qatlı paltarı bütün fəsillər üçün mükəmməldir. O, universal bir formaya malikdir və demək olar ki, bütün hallar üçün uyğundur.
Çiçək naxışlı heyrətamiz donlar hər kəsə yaraşacaq və bütün il boyu geyinilə bilər. Məsələn, “Chanel” 2023 payız-qış kolleksiyası üçün kamelya motivli sərfəli geyimlər hazırlayıb.
Qırmızı və çəhrayı rəngdə olan “New Look” paltarının qiyməti 40 funt sterlinqdən xeyli aşağıdır.
“S-mart” köynək donlar qarderobları şaxələndirməyə kömək edəcək. “Reserved”in yaşıl kəmər modeli aşağı qiymətə cəmi 29,99 funt sterlinqədir.
”Mango və Next”in sərfəli qiymətə olan geyimləri iş görüşü və ya işgüzar şam yeməyi üçün mükəmməldir.
Maxi paltarlar yalnız çimərlik tətili üçün uyğun deyil, gündəlik qarderob üçün zərif seçimdir. “Mango”nun belə modellərindən biri cəmi £32,99-dir.