Milyarder göydələnin damında özünə “Ağ ev” tikib- VİDEO
48
12:57 - 18 Avqust 2023

Hindistanın Banqalor şəhərindəki “Kingfisher Towers”in damında milyarder Vijay Mallya 20 milyon dollarlıq "səmavi malikanə" ucaldıb.
TNS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə öz dəbdəbəsi və eksklüzivliyi ilə seçilən bu unikal malikənin Hindistanın ən bahalı evi olduğu bildirilir.
Göydələnin bir hissəsindən daha çox şəxsi villa olan bu yaşayış yerinin helikopter meydançası, dəbdəbəli üzgüçülük hovuzu, iki şəxsi lifti və hətta kiçik çəmənliyi də var.
Malikənin bir digər xüsusiyyəti Ağ evə bənzərliyidir.