Antarktida sahillərində naməlum canlı tapılıb
79
17:41 - 13 Avqust 2023

Antarktida sahillərində 20 "qolu" olan, çiyələyə bənzər dəniz ulduzu tapılıb.
TNS “The Daily Mirror”a istinadən xəbər verir ki, tədqiqatçılar bu canlını dəniz canavarının yeni növü hesab edirlər.
Qeyd edilib ki, bu qəribə nəhəng canlılar 20-2000 metr dərinlikdə istənilən yerdə yaşaya bilirlər. Yeni növ 20 hissədən ibarət çiyələk bədən formasına görə “Promachocrinus fragarius” adlandırılıb. Onların rəngi bənövşəyidən tünd qırmızıya qədər dəyişir. Bəziləri çox kobud görünür, digərləri ilə lələklərlə örtülüb.