İnsanlıq dəhşətlidir: - Getmədiyimiz yerləri belə zibilləyirik

Dalğıclar Belizdəki əfsanəvi Böyük Mavi dəliyin dibinə çatıblar və “təbiətin möcüzəsi”nin əslində müxtəlif tullantılarla dolu olduğunu aşkar ediblər.
TNS xəbər verir ki, milyarder Riçard Bransonun maliyyələşdirdiyi “Aquatica Submarines”ekspedisiyasının məqsədi Mavi dəliyin dibinə çatmaq və çuxurun üçölçülü xəritəsini yaratmaq olub.
Branson da daxil olmaqla dalğıclar ilk dəfə çuxurun dibinə eniblər və dəniz tısbağaları, rif köpəkbalığı, nəhəng mərcan kimi dəniz canlılarına heyran qalıblar. Lakin onlar 90 metr dərinliyə çatanda “həyat yox olmağa başlayıb”.
Ekspedisiya üzvü Erika Berqman qeyd edib ki, zəhərli hidrogen sulfidin qalın təbəqəsi huninin (Mavi dəliyin) səthi boyunca uzanır və oksigenin daxil olmasına mane olur:
"Biz çuxura düşən və boğulan molyusklar və hermit xərçəngləri tapdıq”.
Komanda üzvləri həmçinin 100 metrdən çox dərinlikdə iki litrlik Coca-Cola şüşələri, GoPro kamerası və iki insan cəsədinin qalıqlarını da aşkarlayıblar. Ehtimal ki, cəsədlır əvvəlki ekspedisiya zamanı çuxurda itən üç dalğıcdan ikisinə aiddir.
“İnsanların heç vaxt getmədiyi bir yerdə belə bizim bu qədər zibilimiz var. İnsanlıq dəhşətlidir”, - dalğıclar deyiblər.
Ekspedidiyanın rəhbəri Brandson bildirib ki, “Okeandakı əsl canavarlar iqlim dəyişikliyi və plastikdir. Təəssüf ki, çuxurun dibində okeanın əsl bəlası olan plastik butulkalar da gördük.
Qeyd edək ki, Böyük Mavi dəlik, Karib dənizindəki Beliz sahillərində illərdir elm adamlarının və turistlərin marağına səbəb olan nəhəng dəniz hunisidir. 318 metr diametrə, təxminən 124 metr dərinliyə malikdir və ölkənin əsas görməli yerlərindən biri hesab olunur.