Ən böyük arzusunu reallaşdırdı- “İt olmaq” üçün 14 min dollar xərclədi - FOTO
Uşaqlıqdan bəri ən böyük arzusu (“it olmaq”) üçün Yaponiyada yaşayan Toko-san adlı şəxs minlərlə dollar xərcləyib.
TNS “New York Post” a istinadən xəbər verir ki, arzusuna nail olan yaponun son görüntüsü Toko adlı 32 min abunəçisi olan “YouTube” hesabında paylaşılıb və qısa zamanda sosial medianın ən çox danışılan kanallarından birinə çevrilib .
“Border Collie” itinə bənzər kostyumla bu arzusunu reallaşdıran adam 14 min 161 dollarından keçməli olub.
"İbtidai məktəb məzuniyyət kitabımda it olmaq və çöldə gəzmək istədiyimi yazdığımı xatırlayıram",- Toko deyib.
2 milyona yaxın insanın izlədiyi videoya minlərlə şərh yazılıb.

